Ukraynalı əsgərin savaş meydanında sevgilisinə şok təklifi - Video
Rusiyanın Ukraynada apardığı müharibənin 12-ci günündə ukraynalı bir əsgər sevgilisinə maraqlı evlilik təklifi edib.
Nəzarət-buraxılış məntəqəsində növbətçi olan ukraynalı əsgər sevgilisinin də içində olduğu maşını axtarış üçün saxladıb.
Daha sonra növbətçi əsgərlər maşındakı insanları boşaldaraq üzərlərində axtarış aparıb. Bu zaman sevgilisinin arxasında diz çökən ukraynalı əsgər əlindəki gül və üzüklə evlilik təklifi edib.
Ətrafdakı əsgərlərin alqışları ilə müşayiət olunan sevgilisinin evlilik təklifinə "hə" deyən gənc qız duyğulu anlar yaşayıb.
Digər xəbərlər


















































































