“Kuril adaları yapon ərazisidir“ - XİN rəhbəri
"Tokio Kuril adalarının cənub hissəsini əzəli yapon əraziləri hesab edir".
Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi bildirib.
Nazir qeyd edib:
“Bunlar ölkəmizin suverenliyinin yayıldığı ərazilərdir, həm də bizim ata-baba ərazilərimizdir. Bu məsələ ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur”.
Bir müddət əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida da Cənubi Kuril adalarının "ölkənin əzəli əraziləri” adlandırıb.
Digər xəbərlər


















































































