ABŞ Rusiya neftinin idxalını qadağan edən qanun hazırlayır –
Moskva və Minsklə ticarət dayandırılır

ABŞ Rusiya neftinin idxalını qadağan edən qanun hazırlayır – Moskva və Minsklə ticarət dayandırılır

7 Mart 2022 11:38
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ Konqresində Rusiya neftinin idxalını qadağan edən qanunverici sənəd hazırlanır
Bu barədə “The Hill” qəzeti məlumat verib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib ki, rus neftinə qadağa daxil olmaqla Rusiyanın təcridi ilə bağlı qanunverici variantlar öyrənilir.

“Bizim qanun rus neftinin və enerji daşıyıcılarının ABŞ-a idxalını qadağan edəcək, Rusiya və Belarusla normal ticarət münasibətlərini dayandıracaq və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına girişinin qadağan olunması üçün ilk addımı atacaq”-deyə Pelosinin deputatlara müraciətində deyilir.

Pelosi bildirib ki, Bayden administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün 10 milyard dolların ayrılmasını xahiş edib.Azpost.info