Ərdoğan Putini Zelenski ilə görüşə razı sala biləcəkmi?

Ərdoğan Putini Zelenski ilə görüşə razı sala biləcəkmi?

6 Mart 2022 00:19
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyədə onunla görüşmək niyyətini çatdırıb, Ankara bu istiqamətdə fəaliyyətini davam etdirəcək, - Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

"Prezidentimiz bu mesajı artıq Putinə çatdırıb. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Belə bir görüşün keçirilməsi vəziyyətə, əlbəttə ki, müsbət təsir edəcək. Biz öz töhfəmizi bu məsələyə verməyə hazırıq", - İbrahim Kalın deyib.

Lakin Ərdoğanın görüş təklifini Putin qəbul edəcəkmi? Bu isə inandırıcı görünmür.. Belə ki, Putin ötən gün deyib ki, Zelenski ilə görüşmək niyyətində deyil və müharibə sona kimi davam etdiriləcək.