Ukrayna hərbçiləri vurulmuş Rusiya təyyarəsinin pilotunu təxliyyə etməyə gələn Mi-8 vertolyotunu da vurdu
Ukrayna hərbçiləri Donetsk vilayətinin Volnovaxa rayonunda bu gün səhər saatlarında vurulmuş Rusiya döyüş təyyarəsinin katapult etmiş pilotunu təxliyyə etməyə göndərilən Mi-8 vertolyotunu da vurublar.
Oxuməni.az xəbər verir ki, bu haqda daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Telegram-kanalında bildirib. Və vurulmuş vertolyotun görüntüsünü paylaşıb.

“Volnovaxa üzərində vurulmuş Rusiya təyyarəsinin pilotunun dalınca təxliyyə üçün işğalçıların Mi-8 vertolyotu uçdu. Onu da endirdilər”,-Geraşenko bildirib. O, ukraynalı hərbçilərin rusları “yenə gözlədiklərini” bildirib.
Xatırladaq ki, Volnovaxa üzərində Rusiyanın Su-34 döyüş təyyarəsi vurulmuşdu. Bu, gün ərzində vurulan üçüncü Rusiya döyüş təyyarəsidir.
Digər xəbərlər



















































































