Donetsk səmasında Rusiyanın “Su-25“ qırıcısı vuruldu

Donetsk səmasında Rusiyanın “Su-25“ qırıcısı vuruldu

4 Mart 2022 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın “Su-25” qırıcı təyyarəsini vurublar.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Bu gün, martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri Volnovaxa şəhəri səmasında düşmənin “Su-25” qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir”, - məlumatda qeyd olunub.