Almaniya Ukraynaya 2700 zenit raketi göndərməyə hazırlaşır

Almaniya Ukraynaya 2700 zenit raketi göndərməyə hazırlaşır

3 Mart 2022 13:49
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya hakimiyyəti Ukraynaya 2 700 zenit raketi göndərməyə hazırlaşır. virtualaz.org xəbər verir ki, bu barədə yerli DPA agentliyi bildirir.

Oxuməni.az xəbər verir ki, söhbət keçmiş Şərqi Almaniyanın silahlı qüvvələrinin silahlanmasında yer alan “Strela” sovet zenit raketlərindən gedir. Almaniyanın Müdafiə Nazirliyi artıq bir neçə gündür ki, silah anbarlarında araşdırma aparır, hansı silahların döyüşə yararlı olduğunu yoxlayır. Və daha hansı silahların Ukraynaya göndərilə biləcəyini nəzərdən keçirir.

Bundan əvvəl Almaniya Ukraynaya 1 000 “Javelin” tank əleyhinə raketi və 500 daşınan “Stinger” zenit raket kompleksi vermişdi.

Ukraynaya İspaniya da silah göndərir. Göyərtəsində 1 370 qumbaraatan və 700 min patron olan C-130 hərbi nəqliyyat təyyarəsi sabah Polşaya uçacaq, orada silahlar Ukrayna hakimiyyətinin nümayəndələrinə təhvil veriləcək. Bu haqda İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib. Onun sözlərinə görə, ilk təchizat mühümdür. Çünki bu silahlardan böyük döyüş təcrübəsi olmayan adamlar da istifadə edə biləcəklər. “Ən başlıcası isə hamının birliyidir. Ukraynaya hücum edirlər, ukraynalılar özlərini müdafiə edir”, - nazir deyib.

Bundan əvvəl Estoniya da Ukraynaya “Javelin” raketlərinin ikinci partiyasını göndərmişdi. Habelə martın 2-də Ukrayna Danimarkadan tank əleyhinə 2 700 ədəd M72 LAW qumbaraatanları alıb. virtualaz.org