Ukraynada vətənpərvərlər tərəfindən Rusiya işğalçılarının generalı məhv edilib
Ötən gün martın 2-də sosial şəbəkələrin Rusiya seqmentində 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin Ukraynada gedən döyüşlərdə həlak olduğu haqda xəbər yayılıb.
Oxuməni.az xəbər verir ki, bununla bağlı məlumatı generalın tanışı Sergey Çipilyev paylaşıb. Onun bildirdiyinə görə, Suxovetski martın 2-də öldürülüb, martın 5-də onunla vida mərasimi keçiriləcək. Vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.

Şərhlərdə yazılanlara əsasən generalı snayper vurub.
General Suxovetski Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini vəzifəsinə 2021-ci ilin oktyabrında təyin edilmişdi. Onun xidmət yeri Novosibirsk şəhəri olub.


















































































