Rusiyada metil spirtindən yenə kütləvi zəhərlənmə oldu

Rusiyada metil spirtindən yenə kütləvi zəhərlənmə oldu

9 Yanvar 2022 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Tümen şəhərində metil spirtindən kütləvi zəhərlənmə qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2022-ci il yanvarın 3-dən etibarən Tümen şəhərinin Stavropolskaya və Rijskaya küçələrində yerləşən pərakəndə satış obyektlərində bir neçə vətəndaşa lisenziyasız metil spirti satılıb.

"Sibir bulaqları" adlı spirtli içkinin təsirindən doqquz nəfər ölüb.

Məlumata görə, keyfiyyətsiz məhsul satan dörd nəfər artıq saxlanılıb.