
Mühacirətdə olan keçmiş bankir Muxtar Ablyazov özünü Qazaxıstan etirazlarının lideri elan etdi
Qazaxıstandan bir neçə il əvvəl qaçmış və hazırda Fransada olan keçmiş bankir və keçmiş energetika naziri Muxtar Ablyazov özünü ölkəni bürümüş indiki etirazların lideri elan edib.
Oxuməni.az xəbər verir ki, Ablyazov bu haqda “Reuters”ə açıqlamasında deyib. O, habelə Qərbi situasiyaya müdaxilə etməyə və Putinə Qazaxıstanı ikinci Belarusa çevirməyə imkan verməməyə çağırıb.
“Mən özümü müxalifətin lideri hesab edirəm. Hər gün etirazçılar mənə zəng edirlər və soruşurlar: “Nə etmək lazımdır?” Biz burada dayanmışıq, nə etməliyik””,-Ablyazov deyib.
Keçmiş bankir bildirib ki, əgər Qərb işə qarışmasa Rusiya prezidenti Vladimir Putin Qazaxıstanı ikinci Belarusa çevirəcək. “Putin isə daha sonra öz proqramını metodik şəkildə sırıyacaq: Sovet İttifaqına bənzəyən strukturlar yaradacaq”, - o bildirib.
Ablyazov onu da deyib ki, əgər etirazlar “düzgün əhatə səviyyəsinə çatsa” Qazaxıstan qayıtmağa və müvəqqəti hökumətə başçılıq etməyə hazırdır.