Qazaxıstanda etirazlar davam edir: Onlarla etiraz aksiyası içtirakçısı öldürülüb

Qazaxıstanda etirazlar davam edir: Onlarla etiraz aksiyası içtirakçısı öldürülüb

7 Yanvar 2022 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda hakimiyyətin sərt tədbirlərinə baxmayaraq etirazların davam etdiyi bildirilir.

Oxuməni.az RIA Novosti agentliyinə istinadən xəbər verir ki, ölkənin qərbindəki Aqtauda etirazçılar hava limanına gedən yolu kəsiblər.

Janaozen şəhərində üç minədək adamın dinc nümayə çıxdığı xəbər verilir. Ölkənin ən böyük şəhəri Almatıda yenidən atəş səslərinin eşidildiyi barədə məlumatlar var.

Qazaxıstanın ən böyük şəhəri Almatıda kütləvi iğtişaşlara çevrilmiş etirazların yatırılması zamanı onlarca nümayişçinin həlak olduğu xəbər verilir. Bu barədə məlumatı yanvarın 6-da Qazaxıstanın hakimiyyət orqanları və özünü etirazların müstəqil koordinasiya qərargahının rəisi kimi təqdim edən Jasaral Kuanışalin verib.

Onun sözlərinə görə əsgərlər döyüş güllələrindən istifadə ediblər və azı 30 nəfər həlak olub. Bundan əvvəl Almatı polis idarəsinin sözçüsü onlarca iğtişaş iştirakçısının həlak olduğunu bildirmişdi.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə ölkənin ən böyük şəhəri Almatının əsas meydanı etirazçılardan “təmizlənib”. Rəsmi məlumatda etirazçılar “cinayətkar qruplaşmalar” adlandırılır. Bundan əvvəl Respublika meydanında adamlara atəş açıldığı xəbər verilmişdi.