Hindistan Kəşmir müsəlmanlarına faşistsayağı divan tutmaqda davam edir

Hindistan Kəşmir müsəlmanlarına faşistsayağı divan tutmaqda davam edir

5 Yanvar 2022 11:29
Bəyəndim (0) Bəyənmədim (1)

Pakistan Prezidenti Arif Alvi Hindistanın Kəşmirdə insan haqlarını pozmasının qarşısını almaq məqsədilə dünyaya çağırış edib.

Oxuməni.az xəbər verir ki, Pakistan liderinin çağırışı BMT-nın Hindistan və Pakistan Komissiyasının (UNCIP) 5 yanvar 1949-cu il tarixli qərarının ildönümünə təsadüf edib.

Arif Alvi dünyanı Hindistanı Cammu və Kəşmirdə insan haqları pozuntularına görə məsuliyyətə cəlb etməyə çağırıb və beynəlxalq ictimaiyyətdən bu problemin dinc və sağlam həlli üçün öz rolunu oynamağa dəvət edib.

Baş nazir İmran Xan Cənubi Asiyada davamlı sülhün Kəşmir probleminin beynəlxalq legitimlik əsasında sülh yolu ilə həllinə bağlı olduğunu vurğulayaraq, dünyanın Kəşmir xalqına qarşı mənəvi və hüquqi məsuliyyətlərindən əl çəkə bilməyəcəyinə diqqət çəkib.

İmran Xan Hindistanın 900 min əsgərinin iştirakı ilə Kəşmiri dünyanın ən böyük açıq hava həbsxanasına və hərbiləşdirilmiş zonasına çevirdiyini söyləyib. O, Hindistanın Kəşmirdə insanlığa və xalqa qarşı müharibə cinayətlərinə görə BMT-dən tədbir görməsini tələb edib.

Xarici işlər naziri Şah Mahmud Qureşi deyib ki, BMT Kəşmir xalqına öz müqəddəratını təyin etmək vədinə əməl etməlidir.