ABŞ 2030-cu ildə dağılacaq - Kanadalı professorun Amerika üçün fəlakət ssenarisi...

ABŞ 2030-cu ildə dağılacaq - Kanadalı professorun Amerika üçün fəlakət ssenarisi...

4 Yanvar 2022 19:49
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da 3 noyabr 2020-ci il seçkiləri və 6 yanvar 2021-ci ildə Konqres basqını nəticəsində yaşanan hadisələr ölkədə demokratiyanın və siyasi sabitliyin gələcəyi ilə bağlı ciddi suallar doğurub.

Oxuməni.az xəbər verir ki, hadisələri təhlil edən Kanadanın Royal Roads Universitetinin Kaskad İnstitutunun icraçı direktoru və Britaniya Kolumbiyası Universitetinin üzvü Tomas Homer-Dikson bildirir ki, ABŞ-da 2030-cu ilə qədər sağçı diktatura rejimi qurula bilər.

Professor ölkəsini Amerika demokratiyasının dağılmasına hazır olmağa çağıraraq, deyib ki, "cənubdan bizə böyük bir fırtına yaxınlaşır".

Professor bu barədə qələmə aldığı məqalədə bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə yenidən prezidentliyə namizəd olacağı və seçkilərdə 3 noyabr 2020-ci il tarixindən sonra yaşananlara bənzər bir ssenarinin yaşanacağı halda, seçki nəticələrinin Respublikaçıların əlində olan əyalətlər tərəfindən qəbul edilməməsi ilə başlayacaq siyasi böhran hər şeyin başlanğıcı olacaq.

Kanadalı professor 2014-cü ildə heç kimin Donald Trampın ABŞ prezidenti olacağını proqnozlaşdırmadığına diqqət çəkərək, 2025-ci ildə Amerika demokratiyasının çöküşünün daxili siyasi qeyri-sabitliyə və vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini qeyd edib.

O, ən geci 2030-cu ilə qədər Vaşinqtonda sağçı diktaturanın qurulacağını proqnozlaşdırıb.

Qeyd edək ki, oxşar xəbərdarlıq ötən ilin dekabrında Amerikanın Washington Post qəzetində üç istefada olan generalın birgə məqaləsində də verilmişdi.