
Müdafiə naziri: “Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”. “
“Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq".
Oxuməni.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
Nazir qeyd edib: "Önəmli olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi - indiki hədəf budur”.
Nazirin sözlərinə görə, Ermənistan sülh və sabitliyə qayıtmağın zəruriliyini qəbul edərək bu yola daxil olub.
Hulusi Akar deyib: “Arzumuz budur ki, Qafqazda sülhün əlindən tutub sabitlik, əmin-amanlıq mühiti yaransın”.
Digər xəbərlər