
80 il əvvəl yoxa çıxmış sualtı qayıq tapıldı
İtaliyanın 80 il əvvəl yoxa çıxmış “Jantina” sualtı qayığı Egey dənizinin dibində tapılıb.
Oxuməni.az xəbər verir ki, “Jantina” sualtı qayığı Yunanıstanın Leros adasından göyərtəsində 48 dənizçi ilə çıxmışdı.
1941-ci il iyulun 5-də Böyük Britaniya sualtı qayığından buraxılan torpeda ilə batırılmışdı. “Jantina” Mikonos adasının cənubunda 103 metr dərinlikdə tapılıb. Sualtı qayığı İtaliya Hərbi-Dəniz Tarixi İdarəsinin qeydlərinin köməyi ilə tanımaq mümkün olub.
Suya 1932-ci ilə buraxılmış “Jantina” İspaniyada vətəndaş müharibəsində iştirak etmişdi. 1941-ci il iyulun 5-də Britaniyanın “Torbey” sualtı qayığından buraxılmış 6 torpeda ilə batırılan qayıqdan yalnız 6 dənizçi xilas ola bilmişdi.
Digər xəbərlər