Azərbaycandan 25 min avro rüşvət aldığı iddia edilən müxalifət liderinin günahı sübuta yetirilməyib

Azərbaycandan 25 min avro rüşvət aldığı iddia edilən müxalifət liderinin günahı sübuta yetirilməyib

2 Yanvar 2022 21:53
Bəyəndim (0) Bəyənmədim (0)

Sloveniyanın Milli Təhqiqatlar Bürosu (NBI) müxalifətdə olan Milli Partiyanın lideri Zmaqu Yelinçiçin Britaniyada qeydiyyatdan keçmiş “Metastar Invest” offşor şirkəti üzərindən 25 min avro alması işi üzrə təhqiqatı tamamlayıb. virtualaz.org Sloveniya KİV-lərinə istinadən xəbər verir ki, həmin pulun siyasətçiyə Azərbaycandan göndərildiyi iddia edilir. “Metastar Invest” şirkətinin “Azərbaycan pulyuma maşını” işində keçirdi.

Zmaqo Yelinçiç Avropa Şurası Parlament Assambleyasının üzvü olub, 3 il yarım əvvəl ona və daha 13 siyasətçiyə Avropa Şurasında fəaliyyət göstərmək qadağan edilib. Strasburqda şübhələniblər ki, 2012-ci ilin yayında Yelinçiç Avropa Şurasının Azərbaycandakı seçki müşahidə missiyasının üzvü olarkən “Metastar Invest” şirkətindən 25 min avro alıb. Bu pulu aldığı haqda Avropa Şurasına yazılı məlumat vermədiyi üçün onu rüşvətxorluqda ittiham ediblər.

Lakin Yelinçiç Sloveniya KİV-lərinə deyib ki, o qəsdin qurbanı olub və rüşvət alması haqda iddialar yalandır. O bildirib ki, ümumiyyətlə həmin pulla bağlı yazılı izahat vermək üçün heç bir sorğu almamışdı. Siyasətçinin daha sonra dediklərinə görə, Avropa Şurasından onun elektron poçtuna “gülməli və təhqiramiz suallar” göndərmişdilər. Ona görə də həmin suallara cavab verməyib.

Müxalifət lideri deyib ki, həmin pulu mərhum yazıçı Tone Svetinanın “Ukan” adlı kitabını rus dilinə tərcümə etdirmək üçün almışdı. Həmin vaxt o ölkəsində ruscaya tərcüməçi tapa bilməyib və dediyinə görə, tərcüməçini Azərbaycanda tapa bilib. Guya tərcüməçi deyib ki, kitabı kimin nəşr etdirməsi ona maraqlı deyil və müvafiq müqavilə onun hüquq firması ilə bağlanmalıdır.

Yerli “Dnevnik” qəzetinin yazdığına görə NPI siyasətçiyə qarşı yetərli sübutlar toplaya bilməyib və bu ilin aprelində toplanan materiallar prokurorluğa göndərilib. Prokurorluq isə 2021-ci ilin sentyabrında Yelinçiçin əməlində cinayət tərkibi tapa bilmədiyindən işi bağlayb. Prokurorluq və polis qəzetin sorğusuna cavab olaraq bu barədə təfərrüatları açıqlamaqdan imtina edib.