Azərbaycanda yeni hizbullahçılar-Huseyiniyyun terrorçu dəstələri və casus şəbəkələri yaradan Ocaqnecad SEPAH generalları ilə görüşlər keçirir
Azərbaycanda yeni hizbullahçılar-Huseyiniyyun terrorçu dəstələri və casus şəbəkələri yaradan Ocaqnecad SEPAH generalları ilə görüşlər keçirir. Məqsəd Huseyiniyyunçulardan Azərbaycana qarşı necə istifadə edilməsini onlarla razılaşdırmaqdır.
“İki həftədir Azərbaycanı tərk edən Ocaqnecad İranda görüşlərə başlayıb”.
Oxuməni.az xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.
Jurnalist İran-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
“İranın dini lideri ayətulla Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi Əli Əkbər Ocaqnecad Tehrandadır. O, Azərbaycanı iki həftədir tərk edib. Hazırda Ocaqneçad İranın ali idarəetmə strukturları arasında yer alan “Mühafizlər Şurası”nın (“Şuraye Negahban”) və “Ekspertlər Məclisi”nin (“Məclise Xobregan”) üzvləri ilə görüşlər keçirir.
Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərkibindəki “Qüds” korpusunun komandiri, mərhum general Qasım Süleymaninin xələfi, briqada generalı İsmayıl Qəni ilə də görüşəcəyi istisna deyil.
Bu görüşlərdə əsas müzakirə mövzusu İran-Azərbaycan münasibətləridir”.
Bundan əlavə Ocaqecatın Huseyiniyyunçulardan Azərbaycana qarşı necə istifadə edilməsini SEPAH generalları ilə razılaşdıracağı və müvafiq tədbirlər ələ alacağı da istisna edilmir.


















































































