Məhəmməd peyğəmbər barədə karikaturanın müəllifi avtomobil qəzasında ölüb

Məhəmməd peyğəmbər barədə karikaturanın müəllifi avtomobil qəzasında ölüb

4 Oktyabr 2021 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Məhəmməd (s.a.s) peyğəmbər barədə karikaturanın müəllifi Lars Vilks və onun mühafizəçiləri - iki polis əməkdaşınin olduğu avtomobil oktyabrın 3-də İsveçin cənubunda yerləşən Krunuberq əyalətinin Markarud yaşayış məntəqəsi yaxınlığında yük maşını ilə toqquşub.

Oxuməni.az SVTY telekanalına istinadla xəbər verir ki, qəza nəticəsində hər iki avtomobil yanıb, Lars Vilks və onun mühafizəçiləri həlak olub. Ciddi xəsarət alan yük maşınının sürücüsü xəstəxanada polis tərəfindən dindirilib. Hadisənin təfərrüatı barədə məlumat verilmir.

Qeyd edək ki, Lars Vilks Məhəmməd (s.a.s.) peyğəmbərin təhqiramiz karikaturasının müəllifidir. Dünya müsəlmanlarının sərt etirazına səbəb olan karikatura 2007-ci ilin noyabrında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunmuşdu. Bəzi məlumatlara görə, “Əl Qaidə” silahlıları Vilksin başına 100 min dollar vəd etmişdi. O vaxtdan bəri karikaturaçı polisin mühafizəsi altında yaşayırdı.