Finlandiya “Eurovision 2013” təmsilçisinin axtarışına başladı

Finlandiya “Eurovision 2013” təmsilçisinin axtarışına başladı

5 İyun 2012 10:18
Bəyəndim (0) Bəyənmədim (0)
Ölkənin ictimai yayımçısı növbəti Milli Seçimlərin qaydalarını və tarixini açıqladı

Finlandiyanın YLE İctimai Televiziyası "UUDEN MUSIIKIN KILPAILU 2013" - Eurovision Mahnı Müsabiqəsi 2013-ün Milli Seçimlərinin tarixini və qaydalarını elan edib. Sentyabrın 3-dən mahnıların demo versiyalarının qəbuluna start veriləcək. Eurovision.az saytı YLE televiziyasına istinadən xəbər verir ki, iştirakçılar sentyabrın 16-da yerli vaxtla saat 16.00-da Finlandiyanın Mannerheimintie radiosunda qəbul ediləcəklər. Yarışmaçıların dekabrın 3-dən əvvəl bu mahnıları kaset, DVD, CD, radio, televiziya, mobil telefon, internet və ya digər vasitələrlə yayması qadağandır. YLE televiziyası göndərilən ilkin versiyalar arasından 12 ən yaxşı mahnının siyahısını müəyyənləşdirəcək. Yarışmada iştirak etmək istəyən bəstəkar və aranjemançılara yaş məhdudiyyəti qoyulmur. İfaçıların yaşı isə 16-dan yuxarı olmalıdır. Qalib 2013-cü ilin fevralında Milli Finalda elan ediləcək və ölkəsini İsveçdə keçiriləcək Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək.

O.M.