Oxumeni.az-ın redaktoru “Oyun” serialında özünü aktrisa kimi sınayacaq

Oxumeni.az-ın redaktoru “Oyun” serialında özünü aktrisa kimi sınayacaq

4 İyun 2012 14:42
Bəyəndim (0) Bəyənmədim (0)
Serialın musiqisinin sözləri də şair-jurnalist Mehriban Bəylərqızına aiddir

Oxumeni.az saytının televiziya redaktoru Mehriban Bəylərqızı cərrahi əməliyyatdan sonra yenidən iş fəaliyyətinə başlayıb. O, əvvəlcə dəvət aldığı "Oyun" serialının sınaq çəkilişlərinə qatılıb. Yaradıcılığında daim yenilik etməyi xoşlayan Mehriban xanım baş rol ifaçılarından biri kimi ilk sınaqlardan uğurla keçib və bu sahədə bacarıqlarını nümayiş etdirib. Qeyd edək ki, Yeganə Kərimzadənin eyniadlı romanı əsasında ekranlaşdırılacaq "Oyun" serialının rejissoru Nicat Manafovdur. "Köhnə dəyirman", "Mənim böyük şəhərim" filmlərinin və "Ada" televiziya verilişinin quruluşçu rejissoru olmuş N.Manafov "Oyun" serialının da tamaşaçı rəğbəti qazanacağına şübhə etmir. Mehriban Bəylərqızı serial barədə təəssüratlarını oxumeni.az-la bölüşüb: "Bu dəfə ekranlarda başqa bir ampluadan çıxış edəcəm. Adətən sosial yönümlü televiziya verilişlərində ekspert və ya aparıcı kimi çıxış etdiyim halda, adıçəkilən serialda baş rol ifaçılarından biri kimi görünəcəm. Ssenari olduqca maraqlıdır. Yaradıcı heyət əzimli görünür. Serialın musiqisinə bəstələnmiş mahnının sözləri də mənə aiddir. Ümidvaram ki, Azərbaycan tamaşaçıları məni bu serial çərçivəsində də qəbul edəcək".

"Oxu Məni" media qrupunun yaradıcı heyəti istedadlı şairə Mehriban Bəylərqızının bu sahədə də uğur qazanacağına inanır və uğurlarının davamlı olmasını diləyir.

O.M.