“EMM-2012”-nin Ukrayna təmsilçisi “Euro-2012” futbol çempionatının açılışında ifa edəcək

“EMM-2012”-nin Ukrayna təmsilçisi “Euro-2012” futbol çempionatının açılışında ifa edəcək

2 İyun 2012 15:42
Bəyəndim (0) Bəyənmədim (0)
Qaytana “EMM” təəssüratları ilə yanaşı, sonrakı planlarını da açıqladı

Ukraynanın 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Qaytana Bakıda olduğu iki həftə müddətində 15-ə yaxın məşqdə iştirak edib, 100-dən artıq fərdi müsahibələr və 1 solo konsert verib. Eyni zamanda müsabiqə çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edib. Eurovision.az saytı xəbər verir ki, müğənni iri layihələr ərəfəsində 1 həftəlik istirahət etməyi planlaşdırır. ""Eurovision 2012" həqiqi bayram idi. Biz demək olar ki, ona hər gün 24 saatımızı həsr edirdik. Ona görə də bu gərgin və emosional iş qrafikindən sonra 1 həftə dincəlməyə qərar verdik." Qaytananın prodüseri Eduard Klim belə deyib. Qaytana məzuniyyətdən qayıtdıqdan sonra növbəti yeni layihənin çəkilişlərinə başlayacaq və futbol üzrə Avropa çempionatının qonaqlarına hədiyyəsini təqdim edəcək. O, "Olimpiyskiy" stadionunun açılışında söylədiyi "Україна, Будьмо! (Ukrayna, şərəfə!)" mahnısına klip çəkdirəcək. Yeni klipi rejissor Semen Qorov ekranlaşdıracaq. Klipin əsas süjet xəttini izah edən Qaytana belə deyib: "Klipdə müxtəlif milliyyətlərə mənsub çoxlu sayda insanları görəcəksiniz. Çünki mahnının sözlərində deyildiyi kimi, biz hamımız bir ailəyik."

O.M.