Bu gün məktəblərdə "Son zəng" keçirilib

Bu gün məktəblərdə "Son zəng" keçirilib

31 May 2012 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib. Təhsil naziri Misir Mərdanovun verdiyi əmrə əsasən, tədbirlərin üç saat müddətində yalnız təhsil müəssisənin ərazisində keçirilməsinə icazə verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızının Apa-ya verdiyi xəbərə əsasən, paytaxtda "Son zəng" tədbirləri yalnız məktəblərin ərazisində olub. "Son zəng"lə bağlı heç bir narahatlıq olmayıb, "Qaynar xətt"ə müraciət edilməyib: "Bakının təhsil müəssisələrində "Son zəng" tədbirləri başa çatıb. Təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edildiyindən heç bir insident, xoşagəlməz hadisə olmayıb".

Z. Əliqızı məzunlara və valideynlərə bir daha müraciət edərək bildirib ki, bu gün məktəblərdə keçirilən "Son zəng" tədbirlərindən kənar hər hansı yerdə keçirilən tədbirdə baş verəcək hadisə üçün BŞTİ məsuliyyət daşımır: "Bu gün şagirdlər müxtəlif gəzintilər, şadlıq evləri və kafelərdə şənliklər keçirilə bilər. Lakin həmin tədbirlərdə neqativ hallar baş verərsə, bunun məsuliyyəti valideynlərin və şənlikləri təşkil edərək uşaqları ora aparan insanların üzərinə düşəcək".

O.M