Yaşar Bonomo: "Oğlumla fəxr edirəm!"

Yaşar Bonomo: "Oğlumla fəxr edirəm!"

25 May 2012 10:55
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə Cana güvənir

Dünən möhtəşəm "Kristal zal"da "Eurovision-2012" Mahnı Müsabiqəsinin ikinci yarımfinalı uğurla başa çatdı. Qardaş ölkənin təmsilçisi Can Bonomo çıxışını səhvsiz həyata keçirib, finala vəsiqə qazandı. Bununla da dünya türklərinin sevincinə səbəb oldu.

Canı İzmirdəki evindən seyr edən atası Yaşar Bonomo da sevinənlər arasındadır. Bir saat öncə türk mediası ilə hisslərini bölüşən Yaşar, "oğlum uşaq ikən anasını itirib. Həyat yoldaşım bu dünyadan cavan köçdü. Onu çox sevirdim deyə, bütün mehrimi oğluma saldım. Onu təmətəkcə böyütdüm. Nə vaxtsa tanınmış adam olacağına inanırdım. Həyəcan və qürurla Canın çıxışına tamaşa etdim. Azərbaycan bayrağını Türkiyə bayrağı ilə yanaşı tutması məni daha da kövrəltdi və onunla bir daha fəxr etdim. Öz aramızdır, Can çox yaraşıqlıdır!" - dedi və göz yaşlarına hakim ola bilməyib ağladı.

Könül Aypara

O.M.