Eurovisiona  7,8 milyon vəsait ayrılıb

Eurovisiona 7,8 milyon vəsait ayrılıb

25 Aprel 2011 17:49
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision-2011" Mahnı Müsabiqəsi həftəsinin gündəliyini açıqlayıb.

İtv.az-ın verdiyi məlumata görə, mayın əvvəlindən Düsseldorfda promo-aksiyalar başlayacaq. Şəhər administrasiyası bu tədbirlər üçün 7.8 milyon avro vəsait ayırıb. Tədbirlər proqramı mayın 7-də "Bilk ist auf der Rolle" açıq hava festivalı ilə başlayacaq. Final günü, mayın 14-də isə tamaşaçılara şouların ən möhtəşəmi təqdim olunacaq.

Xatırladaq ki, "Eurovision -2011" Mahnı Müsabiqəsi Dusseldorf şəhərinin 54 400 nəfərlik idman-konsert arenasında Fortunada olacaq.

Qeyd edək ki, bu il ölkəmizi Eldar və Nigar dueti "Running Scared" mahnısı ilə təmsil edəcək.


Arzu edirik ki, Almaniya estafeti Azərbaycana versin...


Elvin Babayev


O.M.