VİDEO:“EMM-2012” Mətbuat Mərkəzində “Pilaf Ceremony (Plov mərasimi)” keçirildi

VİDEO:“EMM-2012” Mətbuat Mərkəzində “Pilaf Ceremony (Plov mərasimi)” keçirildi

24 May 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)
Əcnəbi jurnalistlər və fanatlar plovun dadına valeh oldular

Dünən Eurovision Mahnı Müsabiqəsi 2012 çərçivəsində qonaqlar daha bir maraqlı layihənin şahidi olublar. Mətbuat Mərkəzində yerli və əcnəbi jurnalistlərə, eləcə də fanatlara və bir neçə iştirakçıya Azərbaycan süfrəsinin tacı hesab edilən plov təqdim edilib. Plov rəqqasların müşayiəti ilə zala gətirilib. Ləziz plovdan dadan qonaqlar müsabiqə çərçivəsində belə maraqlı tədbirləri sevinclə qarşılayıblar. Onlar bir daha Azərbaycan xalqının zəngin süfrə mədəniyyətinə, qonaqpərvərliyinə valeh olublar. Hər kəsin əl hərəkətlərindən və etiraflarından bəlli olurdu ki, plovun dadı damağında qalıb. Bir sözlə, Azərbaycan qonaqpərvərliyi ilə Eurovision tarixində bir ilkə imza atmış oldu.

O.M.