
“Eurovision-2012”-nin ilk yarımfinalı Albaniyada göstərilməyəcək
Səbəb bu ölkədə baş vermiş ağır yol-nəqliyyat hadisəsində kütləvi qırğınlardır
Bu gün Albaniya İctimai Televiziyası adından Avropa Yayım Şurasına müraciət daxil olub. Eurovision.tv-nin məlumatına görə, müraciətdə bildirilir ki, bu ölkədə baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar matəm günləri yaşanır. Bu səbəbdən musiqi yarışmasının ilk mərhələsinin yayımı məntiqə uyğun deyil. Yan Ola Sand Avropa Yayım Şurasının rəhbərliyi adından Albaniya nümayəndə heyətinin təklifini qəbul etdiklərini bildirib və adıçəkilən ölkəyə başsağlığı verib.
Qeyd edək ki, Albaniya İctimai Televiziyası 24 mayda keçiriləcək II yarımfinaldan etibarən yayıma qoşulacaq.
O.M.
Digər xəbərlər