Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

10 Dekabr 2020 14:34
Bəyəndim (1) Bəyənmədim (0)

Milli Daşqın Ziyəddinoğlu

VƏTƏN SƏNİ ÇAĞIRDI

(Şəhid polkovnik-leytenant Rasim həkimə)

Nə görmüşdün yuxunda, Şuşa deyib oyandın?

Həsrətin gəl-gəl dedi, Vətən səni çağırdı?

Bəlkə xarı bülbülü şehli dərmək istədin?

Bəlkə dağlar döşündə bitən səni çağırdı?

***

Uşaqlıqdan mehrini vermiş idin dağlara,

Elə dağlar da səni sevdi də, aldı bizdən.

Otuz illik həsrətin bitməz oldu gözündə,

Bu ayrılıq yolunu yenəmi saldı bizdən?

***

Sən mənə Fəzl kimi, mən sənə Nəsimiydim,

O mürişdlə müridin taleyini yaşadıq.

Mən səni böyük bildim, ulu tutdum yolunu,

Bilirdim e əzizim, bilirdim ki, yaşıdıq...

***

Ruh əkizim deyərdin, bir az lovğalanardım,

Bir az da ərköyündüm, qardaşlıq dünyasında.

Eh, mən nələr bilirdim, nələr demişdin mənə,

Eşqinin şahidiydim, sirdaşlıq dünyasında.

***

Mən necə ağlamayım, can ayrılıb canımdan,

Yüz xəstəyə can verdin, axı həkim, nə işdi?

Ədalətin budurmu, zalım dünya bəs sənin?

Ey göydə hökm verən, ulu hakim, nə işdi?!

***

Bayrağa bükülmüsən, haqqındı bayraq sənin,

Ulu millət, ey vətən, bu adətin mübarək!

Sən nə gözəl yatmısan, necə oyadım səni,

Sənin Rasim qardaşım, şəhadətin mübarək!

VƏTƏNİN PİR OĞLU

(General Mayıs Bərxudarova)

Zəfər yaraşır ancaq,

Yurdumun ər oğluna.

Allah, özün kömək ol,

Ordumun nər oğluna.

***

Düşmən yamandır, yaman,

Sənədir ümid, güman.

Amandır, vermə aman,

Namərdin şər oğluna.

***

Atın cilov çeynəyər,

Köhnə yaram göynəyər.

Yüz min tülkü neynəyər,

Bir dənə şir oğluna?

***

Qana qan de, cana can,

Qov düşməni sonacan.

Dua eylə anacan,

Vətənin pir oğluna.

AZƏRBAYCAN ƏSGƏRİ

Bu durmayan öfkənin,

Can alıb qan tökənin.

Bu gün qisas günüdür,

Yurduma göz dikənin.

Vur köksünə xəncəri,

Azərbaycan əsgəri!

***

Vur, əllərin var olsun,

Qarı düşmən xar olsun.

Haqdır bizim yolumuz,

Çağır sənə yar olsun.

o Kərrari Heydəri,

Azərbaycan əsgəri!

***

Dəmir atı yəhərlə,

Sür o kəndlə, şəhərlə.

Gözləyirik biz səni,

Qayıt şanlı zəfərlə.

Haydı boz qurd, irəli!

Azərbaycan əsgəri!

***

Şuşa xallı lalamdı,

Mənim şanlı qalamdı.

Mən qazdığım səngərdə,

Keşik çəkən balamdı.

Öz evin bil səngəri,

Azərbaycan əsgəri!

***

Tut Haqqın ətəyindən,

Qorxsunlar kötəyindən.

Bircəsin sağ buraxma,

Erməni köpəyindən.

Göstər əsil hünəri,

Azərbaycan əsgəri!

Azərbaycan əsgəri!

Mərziyə Sarvan

İGİD ƏSGƏR

İgid əsgər, keşiyində sayıq dur,

Su yerinə qanını iç düşmənin.

Qurban olum, tək atışla dəqiq vur,

Qisasını al yağıdan, Vətənin.

***

Atışınla guruldasın top səsi,

Qoy bu cahan məhvərindən oyansın.

Lərzə gəlsin dünyanın hər ölkəsi,

Qarı düşmən al qanına boyansın.

***

Canı yansın, mərhəmətin gəlməsin,

Yalvararaq səndən aman dilənsin.

Torpağıma şərik çıxan düşmənin,

Mərmilərdən başına od ələnsin.

***

Qara bulud üstümüzdən çəkilsin,

Üzümüzə kədər kölgə salmasın.

Gözümüzdən sevinc yaşı tökülsün,

Heç bir ana gözü yolda qalmasın.

***

Dualarım səninlədir, biləsən,

Sən olmusan Vətəninin dayağı.

Sağ-salamat qələbəylə donəsən,

Əlində də Azərbaycan bayrağı!

NECƏDİR?

Yuxularım artıq ərşə dirənib,

Yatammıram, yerimə od ələnib.

Səhərlərim qaranlığa bələnib,

Getdiyindən gündüzüm də gecədir,

Görən mənim əsgər balam necədir?

***

Atəşlərin ortasına atılıb,

Aslanların cərgəsinə qatılıb.

İgid olub, qaşları da çatılıb,

Düşmənlərin həmləsi də becədir,

Görən mənim əsgər balam necədir?

***

Yağış yağır, sazaq vurur, yel əsir,

Soyuq, şaxta kəskin qılınctək kəsir.

Qəlbim onu görmək üçün tələsir,

Bilirəm ki, darıxmağım heçədir,

Görən mənim əsgər balam necədir?

***

Haqq bizimdir, bütün dünya biləcək,

Gözəl günlər üzümüzə güləcək.

Xidmətini bitirərək gələcək,

Ümidimiz “tək yumruqda” gücədir,

Görən mənim əsgər balam necədir?

AZƏRBAYCAN BAYRAĞI

Dalğalanıb daima,

Yüksəklərdə durasan.

Səninlə qürurlansın,

Vətənim Azərbaycan,

Azərbaycan bayrağı!

***

Məmmədəmin amallı,

Cavad Xan nəfəslisən.

Zirvələrə can atan,

Qələbə həvəslisən,

Azərbaycan bayrağı!

***

Yarışlarda həmişə,

Sən olmusan birinci.

Yüksəklərə qalxmaqla,

Artırmısan sevinci,

Azərbaycan bayrağı!

***

Səninlə fəxr eyləyir,

Elimin oğlu-qızı.

Daim müqəddəs sayır,

Üstündə ay-ulduzu,

Azərbaycan bayrağı!

***

Hər zaman yüksəkdə dur,

Həmişə get qabaqda.

İnşallah dalğalan sən,

Həmişə Qarabağda,

Azərbaycan bayrağı!

Hazırladı İsa Rəvan