Avropa radiosunda dinləyicilərlə növbəti görüş keçirildi

Avropa radiosunda dinləyicilərlə növbəti görüş keçirildi

21 May 2012 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Tədbirdə ayın qalibi mükafatlandırıldı və hər bir dinləyiciyə simvolik hədiyyələr verildi

Hər zaman fəaliyyətini dinləyicilərin arzu və təklifləri əsasında quran Avropa radiosu növbəti dəfə onları başına topladı. Şənbə günü radionun mərkəzi ofisində baş tutan görüş səmimiyyəti və işgüzar təklifləri ilə yadda qaldı. Tədbirdə ilk əvvəl "Canlandıraq" rubrikasının qalibinə, Ucardan gələn dinləyici Orxan Məmmədova hədiyyə təqdim olundu. Daha sonra Avropa radiosunun rəhbəri Cavanşir Hüseynov, radionun baş prodüseri Naib Hacıyev, "Single" verilişinin müəllifi və aparıcısı Müşfiq İsgəndərli dinləyicilərin arzu və təkliflərini dinlədilər. Ülviyyə Həsənova, Nərgiz Səfərli, Cavid Abbaszadə, Nərmin Səfərova, Orxan Məmmədov və başqaları radio barəsində düşüncələrini bölüşdülər. Ümumən Avropa radiosunun yayım strategiyasını bəyəndiklərini bildirən dinləyicilər efirdə şərq musiqilərinə daha çox yer verilməsini təklif etdilər. Həmçinin qərara alındı ki, yaxın günlər ərzində "Eurovision-2012" Mahnı Müsabiqəsinin iştirakçıları barədə məlumatlara və onların ifalarına geniş yer verilsin.

Sonda tədbirə təşrif buyurmuş hər bir dinləyiciyə simvolik hədiyyələr verildi və yekdilliklə qərara gəlindi ki, Avropa radiosunun yaradıcı kollektivi ilə dinləyicilər arasında görüşlər mütəmadi xarakter alsın. Görüş xatirə fotolarının çəkilişi ilə yekunlaşdı.

O.M.