
VİDEO-“EMM-2012”-nin İran əsilli yarışmaçısı hər kəsi oynatdı
Norveçli Toojiyə Bakıda anası və qardaşı da dəstək verəcək
Norveç təmsilçisi Tooji Mətbuat Mərkəzində bütün mətbuat nümayəndələrini müsabiqədəki "Stay" mahnısı altında rəqs etdirdi. Eurovision.az saytı xəbər verir ki, bu gün "Bakı Kristal Zalı"nda ilk məşqini edən Norveç təmsilçisi daha sonra mətbuatın suallarını cavablandırıb. İran əsilli Tooji Norveçi təmsil etməkdən qürur duyduğunu qeyd edib. "Məni Bakıdakı şou zamanı izləməyə anam və qardaşım da gələcək" deyən Tooji bundan sonra da hər zaman kimsəsiz uşaqlara yardım edəcəyini bildirib.
O.M.
Digər xəbərlər