
“Eurovision-2012”-də “Бурановские бабушки (Buranovo Nənələri)” öndə gedir
"Eurovision-2012"-də "Бурановские бабушки (Buranovo Nənələri)" öndə gedir
İlkin səsverməyə görə, birinci yarımfinalda Rusiya, ikincidə isə Ukrayna birincidir
Eurovision Mahnı Müsabiqəsi Mətbuat Mərkəzinin ənənəvi səsverməsi bu il də keçirilir. Eurovision.az saytı xəbər verir ki, fanatlar və mətbuat nümayəndələri arasındakı səsvermədə iki gün ərzində 200-dən çox şəxs iştirak edib. "Ogae Azərbaycan"ın prezidenti Fariz Qasımlı deyib ki, bu göstərici iki gün üçün çox yaxşı nəticədir və jurnalistlər, fanlar səsvermədə iştirak etməkdən məmnundurlar.
Hazırda fanatlar və media mayın 22-də keçiriləcək birinci yarımfinal və mayın 24-də keçiriləcək ikinci yarımfinalda çıxış edəcək ölkələrin finala keçmə şansını dəyərləndirir.
Bu vaxtadək olan nəticələrə əsasən, birinci yarımfinalda Rusiya təmsilçiləri "Buranovskiye babuşki" (134), ikinci yarımfinalda isə Ukrayna (99) birincidir.
I yarımfinal |
II yarımfinal |
||||
1. |
Rusiya |
134 |
1. |
Ukrayna |
99 |
2. |
Rumıniya |
125 |
2. |
İsveç |
96 |
3. |
Yunanıstan |
122 |
3. |
Serbiya |
91 |
4. |
Kipr |
117 |
4. |
Türkiyə |
91 |
5. |
İslandiya |
113 |
5. |
Norveç |
89 |
6. |
İrlandiya |
110 |
6. |
Malta |
75 |
7. |
Moldova |
101 |
7. |
Belarus |
73 |
8. |
Danimarka |
99 |
8. |
Makedoniya |
72 |
9. |
İsveçrə |
97 |
9. |
Estoniya |
71 |
10. |
İsrail |
95 |
10. |
Sloveniya |
70 |
11. |
Albaniya |
93 |
11. |
Bolqarıstan |
63 |
12. |
Latviya |
88 |
12. |
Niderland |
62 |
13. |
Avstriya |
83 |
13. |
Bosniya və Herseqovina |
59 |
14. |
Macarıstan |
83 |
14. |
Gürcüstan |
58 |
15. |
San Marino |
69 |
15. |
Portuqaliya |
58 |
16. |
Belçika |
68 |
16. |
Litva |
55 |
17. |
Finlandiya |
68 |
17. |
Xorvatiya |
54 |
18. |
Çernoqoriya |
55 |
18. |
Sloveniya |
44 |
Qeyd edək ki, birinci yarımfinalın fan və mətbuat səsverməsi mayın 22-də saat 21.00-da, ikinci yarımfinalın fan və mətbuat səsverməsi isə mayın 24-də saat 21.00-da başa çatır. Bu səsvermə yalnız ümumi rəyi öyrənmək xarakteri daşıyır və ümumi nəticələrə təsir etmir.
O.M.