
VİDEO-Yunanıstan təmsilçisi ad gününü Bakının hava limanında qeyd etdi
Eleftheriya azərbaycanca səlis danışdı
"Eurovision-2012" mahnı müsabiqəsində Yunanıstanı təmsil edən Eleftheriya Heydər Əliyev hava limanına enər-enməz hər kəsi azərbaycanca salamladı. Pərəstişkarları onu doğum günü münasibəti ilə gül-çiçəklə qarşılamışdılar. Eurovision.az-ın məlumatına görə, müğənni bu sürprizdən məmnun qaldığını bildirərək, yaşadıqlarına hələ də inana bilmədiyini dilə gətirdi. O, Yunanıstanı belə bir mötəbər yarışmada təmsil etdiyi üçün qürur hissi keçirdiyini bildirməklə yanaşı, tezliklə məşqlərə başlamaq istədiyini vurğuladı.
O.M.
Digər xəbərlər