
VİDEO:“Eurovision-2012”-nin Albaniya təmsilçisi "Bana-bana gəl" oxudu
Rona Nişliu ilk mətbuat konfransında azərbaycanca danışdı
Albaniyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Rona Nişliu "Bakı Kristal Zalı" səhnəsində ilk məşqdən sonra media nümayəndələri ilə görüşüb. Eurovision.az-ın məlumatına görə, o, caz musiqisinə heyranlığından danışıb və Azərbaycan musiqisi, xüsusilə də milli mahnılarımızla cazın mükəmməl sintezinə vurğun olduğunu deyib. Vaqif və Əzizə Mustafazadələr onun ən çox dinlədiyi caz ustalarıdır. Rona Nişliu ekspromt olaraq "Bana-bana gəl" Azərbaycan mahnısını səsləndirib.
O.M.
Digər xəbərlər