“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu qorunacaq
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edib.
Oxuməni.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Dəyişikliyə əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Oxuməni.az
Digər xəbərlər





























































































