Tokioda böyük tələfat yaradacaq zəlzələ olacaq

Tokioda böyük tələfat yaradacaq zəlzələ olacaq

5 Mart 2012 15:48
Bəyəndim (0) Bəyənmədim (0)
Minlərlə insanın öləcəyi ehtimal olunur

Yaponiyanın paytaxtında şiddətli zəlzələ gözlənilir. Bu zaman minlərlə insan tələf ola bilər. İnterfax-ın məlumatına görə, Tokio universitetinin apardığı təhqiqatın nəticələri onu deməyə əsas verir ki, yaxın 4 il ərzində Tokioda 7 bal gücündə zəlzələ baş verəcək. Yaponiya Geologiya və Okeanologiya İdarəsinin rəhbəri Asaxiko Tairanın fikrincə, zəlzələnin baş vermə tarixi dəqiq bilinməsə də, ona ciddi hazırlıq görmək lazımdır, yoxsa itkilər minlərlə olacaq.

Xatırladaq ki, bu açıqlama məlum Fukuşima faciəsinin ildönümü münasibəti ilə nəşr olunub.

Zəlzələ baş verməmişdən insanların canına vəlvələ salınır...

Murad Şahməmmədov

O.M.