“Bu ağır günümüzdə dərdimizə şərik olanlara minnətdarlığımızı bildiririk”
Xalq artisti Gülyaz Məmmədova doğmaları, bacısının ərinin ağır qəza nəticəsində dünyasını dəyişməsi ilə bağlı dərdlərinə şərik olanların hamısına minnətdarlığını bildirib. Gülyaz Məmmədova “Oxumeni.az” saytına verdiyi açıqlamada eyni zamanda bacısının ərinin vəfatı ilə əlaqədar gələn ayın sonunda nəzərdə tutulan konsertin təxirə salınıb-salınmaması ilə bağlı onlara çoxlu sayda müracətlərin, zənglərin edildiyini bildirib. Gülyaz Məmmədova: “Biz hazırda yas mərasimi ilə bağlı doğma kəndimizdəyik. Yas mərasimi başa çatandan sonra Bakıya qayıdaraq bununla bağlı KİV əməkdaşları üçün geniş mətbuat konfransı keçirəcəyik. Mətbuat konfransında KİV əməkdaşlarını maraqlandıran, dərdimizə şərik olanların, bizi sevənlərin bütün suallarına cavab verəcəyik".
Oxumeni.az





























.jpg)
.jpg)






.jpg)






















.jpg)



































