İranda "Yolpress" və "Açıq yol" saytlarının fəaliyyəti dayandırıldı
Güney Azərbaycanın "Yolpress" və "Açıq yol" xəbər saytlarının fəaliyyəti dayandırılıb.
"Yolpress"in müdiri Bəhram Cavadi məsələyə aydınlıq gətirərkən bu barədə Urmu məhkəməsinin qərar qəbul etdiyini bildirib:
"Sizlərə çatdırıram ki, Milli Təhlükəsizlik Şurasının fərmanı ilə Urmunun ikinci məhkəmə şöbəsi tərəfindən çıxarılan qərara əsasən, "Yolpress" və "Açıq yol" xəbər saytları bugündən etibarən naməlum müddətə qədər dayandırılıb. "Yolpress" bütün qanuni qaydalara uyğun olaraq özünün və izləyicilərinin haqq-hüququnu müdafiə edəcək".
Xatırladaq ki, Güney azәrbaycanlıların hüquqlarını müdafiyә edәn saytın baş redaktoru Bәhram Cәvadi bir neçә ay öncә müxtәlif tәzyiqlәrә mәruz qalmışdı.
Qeyd edək ki, Güney Azərbaycanın Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən bu internet saytları güney Azərbaycan və türk dünyası xəbərləri yaymaqda fəaliyyət göstərirdilər.Aznevs






































.jpg)
.jpg)






.jpg)






















.jpg)

























