Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.
Mediainfo.az-ın MN-ə istinadən verdiyi xəbərə görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər. Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtımızın qonaqları tərəfindən maraqla qarşılanıb.
Digər xəbərlər
.jpg)




























































































