Azərbaycanın bəzi rayonlarında yanğınlar baş verib
Tovuz rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin tavanı 15 m² sahədə və ev əşyaları 25 m² sahədə yanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) "Xəzər-1" üzən qazma qurğusunun (fəaliyyət göstərməyən) üçmərtəbəli yaşayış blokunun 2-ci və 3-cü mərtəbələrinin yanar konstruksiyaları 250 m² sahədə yanıb. Qurğunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Samux rayonunun Lək kəndində 7 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Qazax rayonunda "KamAZ" markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






































.jpg)
.jpg)






.jpg)






















.jpg)

























