Fənn müsabiqələrinin final mərhələsi keçirilib
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, təşkilat komitəsinin qərarı ilə final mərhələsində 4700-ə yaxın şagird iştirak edib.
Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulub.
Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

1 / 3




























































































