Sabah 33-36 dərəcə isti gözlənilir
Sabah respublikamızın ərazisində 33-36 dərəcəisti gözlənilir.
Medianifo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyunun 5-də hava günəşli olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 32-36, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 45-55 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 5-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək.






































.jpg)
.jpg)






.jpg)






















.jpg)

























