Beynəlxalq olimpiadada növbəti uğur qazanılıb

Beynəlxalq olimpiadada növbəti uğur qazanılıb

29 Aprel 2019 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

21-27 aprel 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində məktəblilərin 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, 28 ölkədən 152 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. 5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Əli Əliyev bürünc medala layiq görülüb.

Qeyd edək ki, 3 turdan ibarət olan olimpiadada şagirdlərə qeyri-üzvi, üzvi, analitik və fiziki kimyanı əhatə edən suallar təqdim edilib.