"Qeyri-sabit hava aprelin 25-dək davam edəcək"

"Qeyri-sabit hava aprelin 25-dək davam edəcək"

22 Aprel 2019 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, aprelin 25-dək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Aprelin 22-i axşam və 23-nə keçən gecə bəzi rayonlarda yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

U.Tağıyeva bildirib ki, aprelin 25-dən sonra havanın temperaturu yüksəlməyə başlayaraq iqlim normasına yaxınlaşacaq.