
Yaşar Nuri danışıqlara reaksiya versə də, səhhətində irəliləyiş yoxdur
Azərbaycanın görkəmli aktyoru, xalq artisti Yaşar Nurinin səhhətində heç bir irəliləyiş yoxdur. Bunu aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva deyib. O bildirib ki, uzun zaman keçməsinə baxmayaraq, aktyorun vəziyyəti yaxşılaşmır: "Hər gün xəstəxanaya gedirəm. Amma heç bir müsbət halla rastlaşmıram. Danışıqlarıma reaksiya verir, baxır... Bu, hələ sağalmaq və müsbətə doğru dəyişiklik demək deyil. Hər gün yaxşılaşacağına ümid edirik, hər kəs dua edir. Allah özü Yaşara kömək olsun".
Qeyd edək ki, Y.Nuri ötən ilin noyabrın 11-dən etibarən Bakıdakı Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicə olunur.
O.M.
Digər xəbərlər