Avropa İttifaqı Venesuelaya əlavə humanitar yardım ayırıb

Avropa İttifaqı Venesuelaya əlavə humanitar yardım ayırıb

27 Mart 2019 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı təcili şəkildə Venesuelaya əlavə olaraq 50 milyon avro həcmində humanitar yardım ayırıb.

Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının bir az əvvəl yaydığı məlumatda deyilir: "Avropa Komissiyası Venesueladakı ağır humanitar vəziyyəti nəzərə alaraq bu ölkəyə təcili şəkildə əlavə olaraq 50 milyon avro yardım ayırıb. Humanitar yardım sosiaı baxışlarından asılı olmayaraq daha çox yardıma ehtiyacı olan əhaliyə paylanacaq".

Bununla da Avropa Komissiyasının son bir ildə Venesuelaya ayırdığı humanitar yardımın həcmi 117.6 milyon avroya çatıb.