Fransada fevral ayında rekord isti qeydə alınıb

Fransada fevral ayında rekord isti qeydə alınıb

28 Fevral 2019 06:00
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada fevral ayı bu il ən isti ay kimi yadda qalıb.

Mediainfo.az-ın euronevvs-ə istinadən verdiyi xəbərə görə, Fransada fevral ayında 21.3 dərəcə isti qeydə alınıb. Avropanın dumanlar ölkəsi adlandırılan Böyük Britaniyada da fevralda yaz havası yaşanıb. Londonda fevralda temperatur 21,2 dərəcə isti olub. Avropanın digər ölkələrində də fevral əsl yaz ayı kimi keçib. İqlimşünaslar bunu havaların istiləşməsi nəticəsində fəsillərin yerdəyişməsi kimi izah edirlər.