
"Eurovision 2012" finalçılarımız xüsusi proqramla çıxış edəcəklər
Eurovision.az saytının məlumatına görə, builki mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyən olunmasına cəmi 6 gün qalıb. Bakıda keçiriləcək "Eurovision 2012"-də Azərbaycanı təmsil edəcək şəxs bu həftənin sonunda açıqlanacaq. Fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm Milli Final gecəsində 5 finalçı arasından qalib müəyyən olunacaq.
Bu günü səbirsizliklə və həyəcanla gözləyən finalçılarımız həftə ərzində
tamaşaçılarla görüşə də gələcəklər. Bu gündən başlayaraq hər bir finalçı
İctimai Televiziyanın canlı efirinə qonaq olacaq. Hər bir ifaçı izləyicilərə
özünü daha da yaxından tanıtmaq üçün 30 dəqiqəlik proqramda performansını
nümayiş etdirəcək. Bu gün 22.00-da ilk olaraq İctimai Televiziyanın
efirində Arzu İsmayılova qonaq olacaq.
Xatırladaq ki, finalda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə
Babayeva və Orxan Kərimli mübarizə aparır.
Həftə ərzində İctimai Televiziyanı izləyən hər bir tamaşaçı öz favorit ifaçısına
dəstək ola bilər.
O.M.