Aşıq Vilyam Kolorado hansı məşhur aşığın tələbəsi imiş? — VİDEO

Aşıq Vilyam Kolorado hansı məşhur aşığın tələbəsi imiş? — VİDEO

20 Fevral 2019 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkədə ingilisin saz çalıb oxuması böyük marağa səbəb olub.

Vilyam Kolorado adlı gənc "Niyə qəlbin yaralıdır?" adlı havanı özü çalır və oxuyur. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı əməkdaşımızla söhbətində bildirib ki, Vilyam Kolorado Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir, aşıq Samirədən (Samirə Əliyeva) dərs alır:

"Vilya Kolorado hazırda tələbəlik dövrünü keçir, cəmi 2-3 hava bilir. Çox gəncdir, yeni gəlib. Amma böyük marağı var. İnşallah, özünü doğruldacaq. Bizdə bundan öncə Marta Lauri var idi, ərə gedib, Amerikadadır. Martanın ifası da bilikləri də zəngin idi. Biz onu Aşıqlar Birliyinin üzvlüyünə qəbul etmişdik. Anna Oldfild də Azərbaycanda on il yaşadı, aşıq sənətini dərindən öyrəndi. Vilyam Kolorado da ingilisdir. Bundan öncə Koreyadan, Yaponiyadan da aşıqlarımız olub, sonra öz ölkələrinə qayıdıblar".

Məhərrəm Qasımlı V.Koloradonun birliyə qəbul edilib-edilməyəcəyi ilə bağlı sualada da aydınlıq gətirib. Bildirib ki, o, aşıq sənətini daha dərindən öyrənərsə, Aşıqlar Birliyinə üzv qəbul edilə bilər.

Ölkə.az