“Mənim yanımda can verməyə qorxurdu” — Xalq artistinin həyat yoldaşı – VİDEO

“Mənim yanımda can verməyə qorxurdu” — Xalq artistinin həyat yoldaşı – VİDEO

19 Fevral 2019 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

ARB TV-nin "Bu qədər" proqramında bu dəfə mərhum xalq artisti Kamil Vəzirovun həyatından danışılıb.

Xalq artistinin həyat yoldaşı, övladları və sənət dostları onunla bağlı xatirələrini danışıb:

Lətifə Vəzirova – Həyat yoldaşı: "Qohum idik. Bir-birimizin evinə gedib, gəlirdik. Bu müddət ərzində bir-birimizi istəmişik. Evlənəndən sonra da ona məhəbbətim çox olub. Onu çox sevmişəm, ona gərə də onu itirmək mənimçün ağırdır. Zeynəb Xanlarovanın "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısında deyildiyi kimi, bax, mən elə bir qadın olmuşam. Mənim yanımda can verməyə qorxurdu, bilirdi ki, onu ölməyə qoymaram. Məni qoymadı xəstəxanaya getməyə, dedi, mən səhər gələcəm evə, sən gəlmə. Amma gəlmədi".

Aytac Həsənova – Qızı: "Yaradıcı insanını həyatı nağıla bənzəyir. O bizə nağıl kimi həyat bəxş edib. Səhhətindən heç vaxt şikayətlənmirdi, halı pisləşən anda da deyirdi ki, yaxşıyam. Hər şey bir anın içində oldu".

Gülyanaq Məmmədova – Tələbəsi: "Böyük-kiçiklər rəftarını bilən biri idi. Deyib, gülməyi sevirdi. Amma, işdə məsuliyytəin onun üçün öz yeri var idi. O, musiqiçi idi, hər alətdə gözəl ifa edirdi".

Rəşad Vəzirov – Oğlu: "Qarmonu əlindən qoymurdu. Musiqidən yorulmurdu, bunu dilinə gətirmirdi. Atam evdə tapılmırdı. Üzünü aylarla görmürdük. Qastrollarda olurdu. Onu yaşadan sənəti idi. Xəstəxanada müaiyənədən keçəndə gülə-gülə həkimin əlini sıxıb və gözlərim qaralır deyib".

Xəstəxanada müaiyənədən keçəndə gülə-gülə həkimin əlini sıxıb və gözlərim qaralır deyib".

Ölkə.az