“Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı” adlı yeni kitab çap olunub

“Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı” adlı yeni kitab çap olunub

13 Fevral 2019 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının dəstəyi ilə "Ədalət mühakiməsinin elektron tərəzisi" adlı doktrina işlənib hazırlanmışdır. Layihənin rəhbəri Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovdur.

Mediainfo.az-ın İlkxeber.org-a istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində hüquq elmləri doktoru, professor X.D.Ələkbərovun müəllifliyi ilə "Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı" adlı kitab çap olunmuşdur.

Kitab innovasiya texnologiyaları əsasında cəzanın müəyyən edilməsi probleminə həsr edilib. Əsərdə cəzanın optimal dərəcəsinin müəyyən edilməsinin elektron sisteminin əsas istiqamətləri öz əksini tapıb. Eyni zamanda əsərdə məhkəmələr tərəfindən cəzanın müəyyən edilməsində kompüter proqramlarının tətbiqi, "Ədalət mühakiməsinin elektron tərəzisi" prinsipinin mahiyyəti açıqlanmışdır.

Qeyd edək ki, 15 fevral 2019-cu ildə Sankt Peterburq şəhərində tanınmış hüquqşünas-kriminoloqların iştirakı ilə sözügedən kitabın ilk təqdimat mərasimi keçiriləcək.