Azərbaycan Tibb Universitetinin (ATU) həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) həkimləri daha bir uğurlu əməliyyat icra ediblər

12 Fevral 2019 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, Azərbaycanda torakal cərrahı Arif Ağayevin sözlərinə görə, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilib. Əməliyyatın üsulu, yəni qapalı üsul dünyanın çox az müəssisələrində icra olunur: "Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində yerləşib. Ona görə də hər an qanama təhlükəsi var idi. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Sözügedən cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı".

Torakal cərrah təcrübə və müasir texnologiyaların tətbiqi ilə bu kimi riskli cərrahi əməliyyatların icrası və risklərin minimuma endirilməsi Azərbaycanda da mümkünlüyünü bildirib.